Kiyev müdafiə xərclərini artıra bilər

“Ukraynanın büdcəsi hazırlanıb, səsə qoyulub və icra olunur. Vergi və gömrük rüsumları büdcənin mədaxil hissəsinin doldurulmasını təmin edir. Amma əlavə ehtiyac yaranarsa, biz müvafiq təkliflə və dövlət büdcəsinin doldurulma mənbələrini göstərməklə parlamentə müraciət edəcəyik”, - hökumət başçısının müavini bildirib.
Onun sözlərinə görə, ötən ilin birinci rübündə Ukrayna xarici tərəfdaşlardan silah tədarükündə gecikmələrlə üzləşib və bu, hökuməti silah-sursatların alınmasına xərcləri artırmağa məcbur edib. Bu il vəziyyət təkrarlanır: ilin əvvəlindən bəzi tərəfdaşların yardımı azaldılıb ki, bu da ordunun təminatı üçün əlavə xərclər tələb edir.
- Hazırda bütün müdafiə xərcləri qarşılanıb və Müdafiə nazirliyi lazımi alışları həyata keçirir. Lakin cəbhədə vəziyyət dəyişərsə, hökumət əlavə maliyyə üçün yenidən parlamentə müraciət edə bilər”, - Denis Şmıqal vurğulayıb.
2025-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən, Ukraynanın təhlükəsizlik və müdafiə sektoruna ayrılan xərclər 2,23 trilyon qrivna (53,520 milyard ABŞ dolları) təşkil edir. Bu məbləğin 739 milyard qrivnası (17,736 milyard ABŞ dolları) silah istehsalına və alışına ayrılıb ki, bu ölkə üçün rekord göstəricidir.
Bundan əlavə, hərbi-sənaye kompleksinin modernləşdirilməsi və PUA-ların alınması üçün maliyyənin artırılması nəzərdə tutulur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna müdafiə xərclər