Tramp nikbin vədlər verib

“Dünya indi daha təhlükəsizdir və mən hesab edirəm ki, iki və ya üç həftə ərzində daha da təhlükəsiz olacaq”, - Donald Tramp vurğulayıb.
O, həmçinin Vaşinqtonun Qəzza zolağının problemini həll edəcəyini və bu bölgədə yaşayanların həyat şəraitini yaxşılaşdıracağını iddia edib.
İran mövzusuna da toxunan Ağ Ev adminsitrasiyasının rəhbəri ABŞ-nin İranın nüvə proqramı ilə bağlı ziddiyyətləri həll edə biləcəyinə əmin olduğunu söyləyib.
- Bizim məşğul olmaq üçün İranla bağlı vəziyyətimiz var ki. Bu və ya digər şəkildə biz bunu 100% həll edəcəyik, hər şey mehriban və ya qeyri-mehriban şəkildə olacaq. Amma qeyri-mehribanlıq onlar üçün çox yaxşı seçim deyil. Onlarla danışırıq. Bu, uzun bir yol olacaq”, - Amerika lideri vurğulayıb.
Söhbət əsnasında Tramp imkan yaranan kimi rusiyalı həmkarı Vladimir Putinlə görüş təşkil edəcəyini də bildirib. Onun sözlərinə görə, bununla bağlı yaxın 2-3 həftə ərzində qərar qəbul edilə bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp vədlər nikbinlik