Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
  17 May 2025    Oxunub:283
Mayın 16-da ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri oğurlanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinini məlumatına istinadən xəbər verir ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - nazirliyin açıqlamasında bildirilir.

AzVision.az



Teqlər: DİN   bankkart  





Xəbər lenti