Tramp yeni gömrük rüsumlarını elan edib

"150-yə yaxın ölkə bizimlə razılaşma imzalamaq istəyir, lakin hamısı ilə görüş keçirmək mümkün deyil. Düşünürəm, iki həftəyə Skott [Bessent] və Hovard [Latnik] məktublar göndərməyə başlayacaqlar", – deyə Tramp Əbu-Dabidə keçirilən biznes görüşündə qeyd edib.
Onun sözlərinə görə, ABŞ ədalətli olacaq və ölkələrə Amerikan bazarına çıxış üçün nə qədər rüsum ödəməli olduqlarını bildirəcək.
Tramp əlavə edib ki, əvvəllər tətbiq olunan 90 günlük möhlət müddəti ölkələrlə danışıqlar aparmaq üçün verilmişdi. Lakin sazişlərin bağlanması istənilən səviyyədə getmədiyindən, ABŞ ilə ticarət razılaşması olmayan ölkələrə qarşı standart gömrük tarifləri (bəzən 50%-ə qədər) tətbiq ediləcək.
AzVision.az
Teqlər: