İstilik verilməsinin vaxtı dəyişdiriləcək

İstilik verilməsinin vaxtı dəyişdiriləcək
  16 May 2025    Oxunub:285
"Dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev deyib:

"İstiliyin verilməsinın dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb. Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır".

Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.

AzVision.az


Teqlər: istilik  





Xəbər lenti