Paşinyan ciddi “təmizləmə”lər aparacaq

   Paşinyan ciddi “təmizləmə”lər aparacaq
  16 May 2025    Oxunub:352
Ermənistanın baş naziri Nikol Paşinyan bütün dövlət qurumlarında mühüm yeniliklər həyata keçirmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, hakimiyyətə yaxın mənbələrə istinad edən erməni KİV-lərinin yazdığına görə, yaxın vaxtlarda yalnız hakim “Vətəndaş müqaviəsi” partiyasında deyil, həm də hökumətin tərkibində kadr dəyişiklikləri gözlənilir.

“Son həftələr hökumətin tabeliyində olan qurumlarda vəziyyət son dərəcə gərgin olub: müxtəlif strukturlarda irimiqyaslı yoxlamalar aparılır, çoxsaylı sənədlər, o cümlədən əvvəlki illərin hesabatları və rəsmi yazışmaları tələb olunur, dosyelər toplanaraq Paşinyana şəxsən təhvil verilir”, - mənbələr vurğulayıblar.

Bununla belə, genişmiqyaslı “təmizləmə”nin nə qədər davam edəcəyi və onun episentrində kimlərin yer alacağının hələ bəlli olmadığı bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   təmizləmələr  





Xəbər lenti