Husilər yenə İsrailin əsas aeroportuna zərbə endiriblər - VİDEO

   Husilər yenə İsrailin əsas aeroportuna zərbə endiriblər    - VİDEO
  16 May 2025    Oxunub:377
Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava limanına raket zərbəsi endirib.
AzVision.az xəbər verir ki, husilərin yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sari belə deyib.

"Yəmənin raket qüvvələri Təl-Əvivin işğalı altındakı Yaffa rayonunda yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketlə hücum edərək hərbi əməliyyat keçirib. Raket hədəfi uğurla vuraraq milyonlarla sionisti sığınacaq üçün qaçmağa məcbur edib və hava limanının işini, demək olar ki, bir saat dayandırıb”, - husuilərin Husi sözçüsü bildirib.

Bundan əvvəl İsrail ordusu Yəməndən növbəti raket buraxılışını qeydə alıb. Ölkənin mərkəzi hissəsində hava hücumu xəbərdarlığı edilib. İsrail ordusundan verilən açıqlamaya görə, hərbçilər raketin qarşısını ala bilib. Raketin qalıqlarının düşməsi nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   aeroport   husilər  





Xəbər lenti