İtkin şəhidin qalıqları Qubada dəfn edilib

     İtkin şəhidin qalıqları Qubada dəfn edilib
  16 May 2025    Oxunub:306
Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Ərzumanov Elşən İsaməddin oğlunun nəşinin qalıqları Qubada ailəsinə təhvil verilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu gün şəhidlə Quba rayonunda vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid hərbçinin nəşinin qalıqları Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Elşən Ərzumanov 1974-cü ildə Quba şəhərində anadan olub. O, 5 aprel 1993-cü ildə Kəlbəcərdə, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

AzVision.az


Teqlər: itkin-şəhid   dəfn  





Xəbər lenti