Çin Tramp administrasiyasına nifaq salıb

ABŞ-nin Ticarət nazirliyi artıq Çin şirkətlərinin siyahısını hazırlayıb, o cümlədən, xüsusən də çip istehsalçısı “ChangXin Memory Technologies” (CXMT) şirkəti də daxil olmaqla. “FT” məsələ ilə tanış olan beş mənbəyə istinadən xəbər verir ki, bu şirkətlərin “müəssisələrin siyahısı”na salınması gözlənilir.
Onların arasında həmçinin Çində aparıcı çip istehsalçısı olan “Semiconductor Manufacturing International Corporation (SMIC)” və fləş yaddaş çiplərinin əsas istehsalçısı olan “Yangtze Memory Technologies” şirkətlərinin törəmə qurumları da var.
Tramp administrasiyası bu mərhələdə əsas Çin qruplarına ixrac nəzarətinin tətbiqinin ikitərəfli danışıqları təhlükə altına sala biləcəyini düşünür.
“Çip istehsalçılarının qara siyahıya salınması ABŞ-nin hərbi məqsədlər üçün istifadə edilə bilən qabaqcıl Amerika çiplərinə və onların istehsalında istifadə olunan texnologiyaya çıxışını çətinləşdirmək üçün Vaşinqtonun növbəti cəhdidir”, - qəzet vurğulayır.
Xatırladaq ki, mayın 10-11-də İsveçrədə keçirilən Çin-Amerika ticari-iqtisadi danışıqları nəticəsində tərəflər aprelin əvvəlində tətbiq edilən əlavə rüsumları mayın 14-dən başlayaraq 10%-ə endirmək barədə razılığa gəliblər.
Sahil İsgəndərov
AzVision.az