Bakıda yeni ticarət mərkəzi tikiləcək

   Bakıda yeni ticarət mərkəzi tikiləcək
  16 May 2025    Oxunub:344
Bakı şəhərinin Nizami rayonunda Qara Qarayev prospekti 239 ünvanında (əvvəllər "Diqlas" ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
AzVision.az -a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, 10 dekabr 2024-cü il tarixində Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.

AzVision.az


Teqlər: ticarət-mərkəzi  





Xəbər lenti