Metroda Türkiyə mikroprosessorlarından istifadə ediləcək

Metroda Türkiyə mikroprosessorlarından istifadə ediləcək
  05 Noyabr 2022    Oxunub:1315
Bakı metrosunun dəmiryol şəbəkəsindəki rele sistemi Türkiyənin ASELSAN şirkətinin istehsalı olan mikroprosessor sistemi ilə əvəz ediləcək.
AzVision.azxəbər verir ki, bunu "Report"-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

“Biz Türkiyə ilə əməkdaşlığa yenicə başlamışıq. Hazırda müxtəlif avadanlıq və məmulatları, nasosları, soyutma sistemlərini Türkiyədən alırıq. Metropolitenin daxili məsələləri, yəni qatarların hərəkətinə aid məsələlərlə bağlı işlərimizin istiqaməti barədə ASELSAN şirkəti ilə danışıqlara isə bu gün başlayacağıq. Bizdə qatarların hərəkətini avtomatik tənzimləyən SAT-ALİ sistemi var. Bunun əvəzinə ASELSAN bizə daha yeni sistem təqdim edir. Biz bu təklifi müzakirə edəcəyik. Bu təklifə əsasən qırmızı və yaşıl xətlərdə tunellərdə olan dəmir yolu şəbəkəsinin bütün avadanlıqları yenilənəcək. Yəni rele texnikasının əvəzinə mikroprosessor texnikası tətbiq olunacaq”, - deyə o, qeyd edib.

“Gələcəkdə tikinti işlərimiz daha sürətlə getsə biz Türkiyə ilə tikinti sahəsində də danışıqlara başlayacağıq”, - deyə Ə.Osmanov əlavə edib.

AzVision.az



Teqlər: Metro  





Xəbər lenti