BƏƏ Prezidenti İlham Əliyevə zəng edib

BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
  08 May 2025    Oxunub:330
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AzVision.az xəbər verir ki, telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə keçirilmiş görüşlərdə aparılmış müzakirələrdən məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.

Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti