Hərbçilərimiz qəzaya düşdü: yaralananlar var

Hərbçilərimiz qəzaya düşdü: yaralananlar var
  06 İyun 2014    Oxunub:1188
Azərbaycanda hərbçilər yol qəzasına düşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Xəzər Mobil oğlu Həsənovun idarə etdiyi “BMW” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə sürücü və maşında olan digər hərbçi Əsgər Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti