Fitso: “Putin görkəmli dövlət xadimidir”

“Mən həmkarlarımı müxtəlif təmaslara görə qınamayacağam, çünki mən də Putinlə görüşdə olmuşam. Kimi günahlandırmalıyam? Mən təbii ki, Rusiya prezidentini görkəmli dövlət xadimi hesab edirəm. Mən bütün tərəflərlə təmasların tərəfdarıyam. Hər hansı bir dialoqdan imtina ediriksə, onda Ukraynadakı münaqişəni necə həll etmək istəyirik?”, - Slovakiyanın baş naziri sual verib.
Xatırladaq ki, martın əvvəlində AP-nin üzvü Lyuboş Blaqa Moskvada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkinlə görüşdüyünü etiraf edib. Robert Fitso isə dekabrın sonunda Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Hər iki səfər Aİ-nin aparıcı ölkələrinin liderləri və siyasətçiləri tərəfindən sərt tənqid olunub.
Bir neçə gün əvvəl isə, Slovakiyanın baş naziri Robert Fitso Avropanı qorumaq üçün Fransanın nüvə silahından istifadə olunması barədə Emmanuel Makronun növbəti absurd təklifinə qarşı çıxıb.
- Mən Slovakiyanın Fransanın nüvə çətirinin bir hissəsi olmasını istəmirəm, birmənalı şəkildə istəmirəm”, - Fitso öz bəyanatı ilə Makrona yerini göstərib.
Sahil İsgəndərov
AzVision.az