Ukrayna-ABŞ danışıqları başlayıb

   Ukrayna-ABŞ danışıqları başlayıb
  11 Mart 2025    Oxunub:626
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində danışıqlar başlayıb.
"Agence France-Presse" xəbər agentliyinin məlumatına görə, Ukraynanın Rusiya ilə qismən atəşkəs planını ABŞ nümayəndələrinin diqqətinə çatdıracağı gözlənilir.

Bildirilir ki, tərəflər müharibənin həlli ilə yanaşı faydalı qazıntılar haqqında sazişin aqibəti haqqında da müzakirələr aparacaqlar. Ukrayna Prezidenti Volodimir Zelenski bu görüşə qoşulmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Səudiyyə-Ərəbistanı   Ukrayna   Rusiya   danışıqlar  





Xəbər lenti