Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 7-də havanın temperaturu 16-21, gündüz 28-33, bəzi yerlərdə isə 35 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.
Teqlər: