Oqtay Əsədovun fikirləri təhrif olundu

Bunu AzVision.az-a Azərbaycanın Ukraynadakı Səfirliyindən bildiriblər.
Səfirlikdən bildiriblər ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri belə bir mövqe bildirməyib və bildirməz də:
"Çünki, Azərbaycan Respublikasının mövqeyi məlumdur və birmənalıdır. Bu cari ilin mart ayında BMT Baş Assambleyasında Krımla əlaqədar səsvermədə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsində açıq ifadə olunub".
Səfirliyin məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dost Ukrayna dövləti ilə münasibətlərə bir strateji tərəfdaş olaraq önəm verir və Ukraynanın seçilmiş Prezidenti cənab Pyotr Poroşenkonu ilk təbrik edənlər sırasında ona və dost Ukrayna xalqına xoş arzularını yetirmişdir: "7 iyun 2014-cü il tarixində cənab P.Poroşenkonun dövlət başçısı vəzifəsinə başlaması ilə əlaqədar andiçmə mərasiminə Milli Məclisin Sədri Oqtay Əsədovun göndərilməsi ölkəmizin dövlət başçısının Ukrayna xalqının seçiminə yüksək diqqətinin nümunəsidir".
Azərbaycanın Ukraynadakı Səfirliyi belə hesab edir ki, adıçəkilən agentliyin yaydığı xəbər qərəzli xarakter daşıyır və Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmağa yönəlib.
Sevinc İltifatqızı
AzVision.az