Deputatların pul kampaniyası nə vaxt bitəcək?

Deputatların pul kampaniyası nə vaxt bitəcək?
  06 İyun 2014    Oxunub:1068
“Görsək ki, köçürülmələr dayanıb və pul daxil olmur, o zaman kampaniyanı saxlayacağıq”.
Bu barədə AzVision.az-a Qızıl Aypara Cəmiyyətinin (MQAC) aparat rəhbəri Rövşən Əliyev Somaya yardım kampaniyasının nə zaman başa çatacağı haqda danışarkən bildirib.

Onun sözlərinə görə, yardım kampaniyası hazırda davam edir:
“Hələ ki, Somaya yardım kampaniyası davam edir. Saytımızda da bu barədə məlumat yerləşdirilib.

Sonuncu dəfə millət vəkilləri Aqiyə Naxçıvanlı və Əli Hüseynli yardım kampaniyasına qoşulub. Nə vaxt köçürmələr dayanacaq o zaman kampaniyanı dayandıracağıq”.

Qeyd edək ki, Somaya yardım kampaniyasına Milli Məclisin bir sıra deputatları qatılıblar.

Ümumilikdə kampaniya çərçivəsində 32593AZN pul yığılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti