“İlham Əliyevə Bodrumu tanıtdım” - Abdulla Gül

AzVision.az xəbər verir ki, Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşündən söz açıb. O, bildirib ki, görüşdə əhəmiyyətli olan enerji məsələlərini müzakirə ediblər.
Daha sonra A.Gül həmkarları ilə Bodrum gəzintisindən söz açıb.
“Həmişəki kimi Bodrumda hava yaxşı olmasa da, prezidentlər İlham Əliyev, Berdiməhəmmədov və Atambayevə Bodrumu tanıtmaq imkanım oldu”-deyə, Türkiyə prezident əlavə edib.
Qeyd edək ki, iyunun 4-5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilib.
Sevinc İltifatqızı