Güləşçilərimiz Almaniyaya gedir

Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, Belarusun "Stayki" Olimpiya İdman Kompleksində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışını başa vuran qadın güləşi yığmamız turnirdə iştirak edəcək.
Yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz - Mariya Stadnik, İrina Netreba və Nadya Sementsova qüvvəsini sınayacaqlar.
AzVision.az