Hepatit virusundan necə qurtulmalı? ARAŞDIRMA

“Hər gün bizim xəstəxanaya 20-40 arası insan Hepatit B virusunun pulsuz yoxlanılması üçün müraciət edir. Əgər şəxs Hepatit B virusunun daşıyıcısıdırsa, vaksinasiya həyata keçirilir. Bu, həm dövlət, həm də özəl xəstəxanalarda var. Ancaq şəxs artıq virusa yoluxubsa, mütəxəssislərimiz onları müalicə edir, vaxtaşırı yoxlayırlar. Hepatit B virusundan tam azad olmaq xəstəliyin ağırlıq səviyyəsindən asılıdır”.
Respublika Diaqnostika Mərkəzinin həkim-hepatoloq, qastroenteroloqu Arzu Yusifova isə bildirdi ki, indiyədək müraciət edənlərdən ümumilikdə 4-də analizlərin nəticəsi müsbət çıxıb: “Həmin 4 nəfərin daşıyıcı və ya xəstə olduqlarını bilmək üçün irəli labarator testlər istəmişik.
Ümumiyyətlə xroniki olmasa, Hepatit B virusundan tam sağalmaq mümkündür. Ancaq xroniki olsa, müalicə təyin olunur. Bu zaman xəstəliyin irəliləməsinin qarşısı alınır. Müalicə xəstəliyi söndürür, amma tam olaraq bədəndən qova bilmir. Dərmanlarla virusun qaraciyərə verdiyi zərərin qarşısını almaq mümkündür. Ola bilər ki, 5-6 ilə virus tamamilə təmizlənsin. Bugünkü tibb hələ ki, bunu edə bilir.
Hepatit B virusu qan, bədənin selikli qişası və cinsi yollarla daha çox yoluxur.
Əgər ailədə kimdəsə virus varsa, digərlərində yoxdursa, onlarda vaksinasiya aparılmalıdır. Vaksinasiya üçün dərmanlar aptekdə 20-25 manatadır. Bizim xəstəxanada 0, 1 və 6-cı ayda vurulan 3 vaksinin hər biri 50 manatdır.
Hepatit B virusunun daşıyıcılarına nəzarət, xəstəliyə yoluxmuş insanlara isə müalicə lazımdır. Aylıq dərmanların qiymətinin 100 - 400 dollar arasında dəyişdiyi müalicə diapazonumuz var. Bu dərmanlar xəstəyə uyğun seçilir. Müalicə isə böyük ehtimalla 5 ilə yaxın davam edir”.
Həkim bəzən Hepatit B virusunun özünü biruzə vermədiyini dedi: “Xəstə bunu hissi edəndə artıq çox gec olur və qara ciyər serrozu yaranmış olur. Ancaq yenə də halsızlıq, yorğunluq, oynaq ağrıları, səbəbsiz hərarəti olan insanlar bu analizi verməlidir.
İnsan cərrahi müdaxiləyə məruz qalmayıbsa, qan köçürülməyibsə, cinsi əlaqə zamanı qorunursa, tez-tez müayinəyə ehtiyac yoxdur”.
Xatırladaq ki, Respublika Diaqnostika Mərkəzində bir ay ərzində Hepatit B virusundan aparılan pulsuz laborator analizlər nəticəsində hər hansı şəxsdə Hepatit B virusu aşkarlanarsa, mütəxəssislər tərəfindən lazımı konsultasiyalar keçirilir. Mərkəzdə Hepatit virusuna qarşı peyvənd işləri də aparılır. Həkimlər tərəfindən konsultasiyadan sonra lazımi müalicə üsulları da tətbiq olunur.