Bakıda 35 dərəcə isti olacaq

Bakıda 35 dərəcə isti olacaq
  07 İyun 2014    Oxunub:868
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yunun 07-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti