DSX 34 minlik cinayətin üstünü açdı

DSX 34 minlik cinayətin üstünü açdı
  07 İyun 2014    Oxunub:949
2014-cü ilin 2 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində təqribən 34 000 (otuz dörd min) manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az-a DSX-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası istiqamətində ağacların arasında gizlədilmiş halda Hindistan və İran istehsalı olan “Veltram-200”, “Alltram-200”, “Tramagelzik”, “Metadone-20”, “Metadone-40” markalı hər birində 10 həb olan 13190 ədəd “konvolüt” tipli dərman preparatı bağlamaları aşkar olunub.

Hazırda dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti