Prezidentliyə yeni namizəd

Prezidentliyə yeni namizəd
  07 İyun 2014    Oxunub:893
Türkiyədə avqust ayının 10-u və 24-də iki mərhələdə prezident seçkiləri keçiriləcək.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezidenliyə ilk namizədin adı artıq açıqlanıb. Bu şəxs İzmirdən olan inşaat mühəndisi 58 yaşlı Burhan Eroldur.

O, bildirib ki, özü haqda məlumatları Abdulla Gül, CHP lideri Kamal Kılıçdaroğlu və deputatlara göndərib.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını seçkilərdə baş nazir Rəcəp Tayyip Ərdoğanın təmsil edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti