FHN əhaliyə xəbərdarlıq etdi

Sektor müdiri vətəndaşlara müraciət edərək, onlara rəsmi çimərliklərdə istirahət etmələrini tövsiyə edib: "Bütün rəsmi çimərliklərdəki xilasetmə məntəqələrində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) ilə birgə iş sayəsində hər gün səhər saat 9:00-dan axşam saat 9:00-dək "Təcili Tibbi Yardım" maşınları olur. Ona görə də insanlara müraciət edərək bildiririk ki, rəsmi çimərliklərdə çimsinlər. Bu, onların təhlükəsizlikləri üçün vacibdir. Təbii ki, qeyri-çimərlik ərazilərində də hər hansı hadisə baş verdikdə dərhal ən yaxın məntəqədən xilasedicilərlə yanaşı həmin "Təcili Tibbi Yardım" maşınları da hadisə yerinə göndərilir. Bununla belə vətəndaşlara özlərinin və dorğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunur".
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümünə rəsmən iyunun 8-dən etibarən start veriləcək. Ölkə üzrə rəsmi çimərliklərdə fəaliyyət göstərən DSXX-nin 42 struktur bölməsi isə artıq mayın 23-dən başlayaraq gücləndirilmiş iş rejiminə keçib.
Teqlər: