Bir gündə 89 cinayət, 30 həbs

Bir gündə 89 cinayət, 30 həbs
  07 İyun 2014    Oxunub:874
Gün ərzində 89 cinayət faktı qeydə alınıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti