Azərbaycan türk biznesmeni axtarışa verdi FOTO

Azərbaycan türk biznesmeni axtarışa verdi FOTO
  08 İyun 2014    Oxunub:1246
Türkiyəli iş adamı qanunsuz biznes fəaliyyəti göstərməkdə təqsirləndirilir
Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.Türkiyə vətəndaşı olan 42 yaşlı Burak Bilgili ölkəmizdə qeyri-qanuni biznes fəaliyyəti göstərməkdə təqsirli bilinir. Onun fotosu və anket məlumatları beynəlxalq polis idarəsinin ofisinə göndərilib.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğuları əsasında İnterpol vasitəsi ilə 15-dən artıq türkiyəli iş adamı beynəlxalq axtarışa verilib. Onlar əsasən vergidən yayınma və qeyri-qanuni biznes fəaliyyətində təqsirləndirilir./lent.az/


Teqlər:  





Xəbər lenti