Maaşlar artdı - QƏRAR

Nazirlər Kabinetindən verilən məlumata görə, qərarda Azərbaycanda dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında dəyişiklik edillməsi göstərilir. Belə ki, yaşayış məntəqələrinin adlarının 1500 metrdən 2000 metrədək sütununaun Lerik rayonu bölməsinə Şonaçola kəndindən sonra Loda kəndi sətri əlavə edilib.
Bundan başqa baş nazirin qərarıilə 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısının Tovuz rayonu bölməsinə Almalıtala kəndi sətrindən sonra Qəribli, Dəlləkli və Öskəm kəndi əlavə edilib.