Uşağın gözü qarşısında boğazını kəsdi

Uşağın gözü qarşısında boğazını kəsdi
  08 İyun 2014    Oxunub:869
Bakı şəhərinin Suraxanı rayonu ərazisində dəhşətli hadisə baş verib
4 gün əvvəl Hövsan qəsəbəsində baş vermiş dəhşətli hadisə nəticəsində ölən şəxsin kimliyi hələ də müəyyənləşməyib.Qəsəbədə, yaşayış binalarının arasında, ərzaq mağazasının arxasında öz boğazını kəsərək intihar edən 40-45 yaşlı kişinin üzərindən sənəd və ya telefon tapılmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu arada hadisənin yeganə şahidi olan azyaşlı oğlan dindirilib. Azyaşlı deyib ki, həyətdə oynayarkən mağazanın arxasında bir nəfərin oturmuş halda ülgücü boğazına çəkməsini görüb və bunu evdəkilərə xəbər verib. Həmin azyaşlının atası dərhal polisə zəng vuraraq bu barədə məlumat verib.

Azyaşlı gördüyü olaydan ağır sarsıntı keçirib./lent.az/


Teqlər:





Xəbər lenti