“İnterpol” Suriyadakı azərbaycanlını axtarır - Foto

“İnterpol” Suriyadakı azərbaycanlını axtarır - Foto
  09 İyun 2014    Oxunub:1344
Azərbaycanın hüquq-mühafizə orqanları ölkə kənarında qanunsuz silahlı birləşmələrə qoşulmuş şəxsi beynəlxalq axtarışa verib.
AzVision.az-ın xəbərinə görə, məlumatı lent.az “İnterpol”a istinadən verib. Belə ki, Sumqayıt sakini, 1979-cu il təvəllüdlü Pərviz Ələkbərov qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə, qanunsuz silahlı birlik yaratmaqda və silah əldə etməkdə günahlandırılır. Onun Azərbaycan dili ilə yanaşı türk və rus dillərində də səlis danışdığı bildirilir.

Anket məlumatında, P.Ələkbərovun xarakterik əlamətləri fiziki göstəriciləri də yerləşdirilib.

Axtarışa verilmiş şəxsin ölkədə hər hansı cinayətəməlinə qarışması da istisna edilmir.

Qeyd edək ki, Milli Məclis bir müddət əvvəl ölkədən kənarda qanunsuz hərbi birləşmələrin tərkibinə qoşulanlarla bağlı Cinayət Məcəlləsinə əlavələr edilib.


Teqlər:  





Xəbər lenti