Ziya Məmmədov razılığa gəldi

Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Z. Məmmədov Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, eləcə də Dəmir yolunun inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər, yeni vaqonların və lokomotivlərin alınması, beynəlxalq standartlara uyğun yeni yolların çəkilməsi, mövcud yolların yenidən qurulması, həmçinin sərnişin və yük daşınmaları sahəsində görülən işlərdən danışıb və Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin artıq yekunlaşdırılmaq üzrə olması barədə ətraflı məlumat verib.
Öz növbəsində Vençay Janq AİB ilə ölkəmiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb. Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, Asiya İnkişaf Bankı ilə nəqliyyat-yol kompleksinin bütün sahələri üzrə əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.
AzVision.az
Teqlər: