`Qarabağ qaytarılsa, Türk-Slavyan birliyi yarana bilər`

Orduxanlı bildirib ki, radikal düşərgəbu fikirlərinə görə BAXCP sədrinə qarşı kampaniya aparmağa çalışıb: `Guya bunlar Rusiyanın əleyhinə olan siyasi qüvvələr imiş. Bu adamlardan soruşmaq lazımdır ki, bizim torpaqları Ermənistan Rusiyanın köməiyilə işğal edib, siz bunu deyirsinizmi? Cəsarətiniz çatırmı ki, məhz işğalçı tərəf kimi Rusiya ilə danışıqlar aparmağı təklif edəsiniz? Deyə də bilməzlər! BAXCP-ni ittiham edən adamlar indiyə qədər bir dəfə də olsun `müharibə etməliyik` fikirni səsləndirməyiblər. Bilirlər ki, bu bəyanat onlara çox baha başa gələ bilər`.
BAXCP sədrinin müavini deyir ki, Azərbaycan Avrasiya və Gömrük İttifaqının üzvü ola bilər, amma bundan öncə Qarabağ və ətrafındakı 7 rayon məsələsi həll olunmalıdır: `Əgər Rusiya bizim istədiyimizi etməyəcəksə, yəni Qarabağı qaytarmayacaqsa, biz də bu ittifaqlara daxil olmayacağıq. Məsələnin mahiyyəti budur! Özləri də yaxşı bilir ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Bu gün ABŞ, Avropa Birliyi istəyir ki, Rusiya Qarabağı alıb Ermənistana birləşdirsin və Azərbaycanla Rusiya əbədi düşmən olsun. Bu halda bizim Qərbdən yapışmaqdan savayı yolumuz qalmır. Qərb Rusiyanı Azərbycana əbədi düşmən etmək istəyir. Neçə ki, bunu Ukraynada edə bildi. Əgər Qarabağ Azərbaycana qaytarılarsa və bu birliyə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkstan və digər türk dövlətləri daxil olarsa, bu, artıq türk-slavyan xalqlarınını böyük bir bilrliyi deməkdir. BAXCP bir neçə il bundan qabaq belə bir təşəbbüslə də çıxış etmisdir ki, türk-slavyan xalqlarının bir ittifaqı yaransın".