Rüşvətxor hərbçiyə hökm oxundu

İttiham aktına görə, Ə.Məmmədov gizir kimi çalışdığı hərbi hissənin əsgəri Babək Abuzərovun məzuniyyətə getməsinə köməklik edib. O, hərbi hissə komandiri qarşısında bununla bağlı vəsatət qaldıraraq, əsgərin məzuniyyətə buraxılmasını xahiş edib. Bunun müqabilində B.Abuzərovdan 100 manat məbləğində rüşvət alıb.
Ə.Məmmədov Cinayət Məcəlləsinin 341 (hakimiyyətdən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrinə əsasən ittiham edilib. (apa)
Teqlər: