Tortun içindən görün nə çıxdı

Tortun içindən görün nə çıxdı
  10 İyul 2014    Oxunub:1321
Bakıda 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 (iyirmi beş) ədəd ağ rəngli və 24 (iyirmi dörd) ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rauf Nadirov Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti