“Taliban” BRİKS sammitində iştirak etmək istəyir

“Taliban” BRİKS sammitində iştirak etmək istəyir
  21 Sentyabr 2024    Oxunub:815
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının nümayəndələri oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək istəyirlər.
Bu barədə “RİA Novosti” “Taliban”ın tədbirdə iştirak üçün Rusiyaya göndərdiyi yazılı müraciətinə istinadən xəbər verir. Məktub Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakova Əfqanıstanın sənaye və ticarət naziri vəzifəsini icra edən Nuriddin Əzizi tərəfindən ünvanlanıb və o, ölkənin hazırkı hakimiyyət orqanlarının sammitdə iştirakının vacibliyini bəyan edib.

Agentliyə müraciətlə bağlı məlumatı Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin də təsdiqləyib. Onun sözlərinə görə, Əfqanıstan hökumətinin rəhbər şəxsləri BRİKS sammitində iştirakı üçün yazılı müraciət təqdim edib.


AzVision.az


Teqlər:





Xəbər lenti