İran Prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti sabah Nyu-Yorka səfər edəcək
  21 Sentyabr 2024    Oxunub:285
İran prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə “İRNA“ məlumat yayıb.

Pezeşkianın sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edəcəyi və burada müxtəlif məsələlərlə bağlı fikir və mövqelərini ifadə edəcəyi planlaşdırılır.

Qeyd edək ki, səfər zamanı Pezeşkian ABŞ-dakı iranlı mühacirlər də daxil olmaqla bir sıra görüşlər keçirməyi, Avropa, Asiya və İslam ölkələrinin rəhbərləri ilə danışıqlar aparmağı planlaşdırır.

AzVision.az



Teqlər:





Xəbər lenti