Bu ilin sonunadək 450 bağça yoxlanılacaq

   Bu ilin sonunadək 450 bağça yoxlanılacaq
  29 Oktyabr 2024    Oxunub:996
Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritetlərimizdəndir. Uşaq orqanizminin inkişafı məktəbəqədər dövrdə daha intensiv xarakter daşıyır.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır.

“Bu baxımdan uşaqlarda düzgün və sağlam qidalanma vərdişlərini formalaşdırmaq, onların sanitar-gigiyenik normalara uyğun qidalanma prosesini təmin etmək ən vacib amillərdən biridir. Məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqin aparılması nəzərdə tutulur”.

Eşqi Bağırov qeyd edib ki, bu ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası gözlənilir. Belə ki, yoxlamalar beynəlxalq standartlara uyğun hazırlanmış çərçivə sənədi və alətlərlə aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti