Qüdrət İsaqov vəfat edib

Qüdrət İsaqov vəfat edib
  03 Fevral 2025    Oxunub:370
Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib.

Qeyd edilib ki, o, 75 yaşında vəfat edib. Q.İ.İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalələrin və 3 ixtiranın müəllifi idi.
AzVision.az



Teqlər:





Xəbər lenti