9 aptekdə nöqsanlar aşkarlanıb

9 aptekdə nöqsanlar aşkarlanıb
  03 Fevral 2025    Oxunub:361
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) yanvar ayı ərzində 16 aptekdə yoxlama aparıb.
AzVision.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.

Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
AzVision.az



Teqlər: Aptek  





Xəbər lenti