ASCO sərnişindaşımanı 20 % artırıb

ASCO sərnişindaşımanı 20 % artırıb
  17 Fevral 2025    Oxunub:721
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 2024-cü ildə 28 392 nəfər sərnişin daşınıb.
Bu, 2023-cü il ərzində daşınmış 23 729 nəfərlə müqayisədə 20 % artım deməkdir. Ötən il sərnişinlərin 9 746-sı Kurık-Ələt, 1 220-si Türkmənbaşı-Ələt, 14 834-ü Ələt-Kurık, 2 552-si Ələt-Türkmənbaşı istiqamətində daşınıb.

2023-cü ildə isə sərnişinlərin 8 361-i Kurık-Ələt, 485-i Türkmənbaşı-Ələt, 13 191-i Ələt-Kurık, 1 393-ü Ələt-Türkmənbaşı, 144-ü Aktau-Ələt, 155-i Ələt-Aktau reysi ilə səfər edib.

Xatırladaq ki, karantin rejimi ilə əlaqədar hazırda bərə ilə ölkəni tərk etmək istəyən Azərbaycan vətəndaşları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Azərbaycana bərə ilə gəlmək istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar isə eyni icazəni almalıdırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti