Azərbaycan gimnastları Dünya Kubokunda qızıl və gümüş medallar qazanıblar

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl və gümüş medallar qazanıblar
  23 Fevral 2025    Oxunub:434
Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda medal qazanıb.
AzVision.az xəbər verir ki, Adil Hacızadə finalda 29.400 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tofiq Əliyev isə 29.100 xal toplayaraq turniri gümüş mükafatla başa vurub.

Ötən gün start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti