Dünya kofe ticarəti iflic olub

Ekvadorun “ELCAFE C.A.” şirkətinin nin baş direktoru Renan Çueyri 2025-ci ildə həlledici qəhvə istehsalçısının ilk dəfə olaraq gözlənilən illik istehsalını mart ayına qədər sata bilmədiyini açqılayıb. Çünki digər mallar üçün əhəmiyyətli qiymət artımı alıcıları təcili ehtiyacı olmayan məhsullardan imtina etmək məcburiyyəti qarşısında qoyub.
“Qiymətlərin artması əsas qəhvə tədarükçülərində, xüsusən də Braziliyada istehsalın azaldılması ilə bağlıdır. Bu səbəbdən, bir çox bazar iştirakçıları gələcək istifadə üçün xammal almağı dayandıraraq, yalnız kiçik miqdarda alışlar həyata keçirirlər. Bu isə cari ehtiyaclar üçün yetərlidir”, - “Reuters” yazır.
Agentliyin keçirdiyi son sorğunun nəticələrinə əsasən, yüksək qiymətlərin tələbi cilovlamaq və gələn il Braziliyada rekord məhsulun gözlənilməsi fonund “Arabica” qəhvə növünün qiymətlərinin 2025-ci ilin sonuna kimi 30% düşə biləcəyi proqnozlaşdırlır. Amma nə qədər ki, qiymətlər yüksək olaraq qalır, qəhvə sənayesi böyük zərər çəkə bilər.
Sahil İsgəndərov
AzVision.az