FAO: Ərzaq qiymətləri artıb

   FAO:    Ərzaq qiymətləri artıb
  08 Mart 2025    Oxunub:872
Fevral ayında qlobal ərzaq qiymətləri yanvarla müqayisədə 1,6 faiz artıb.
Bu barədə baş ofisi Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Bildirilir ki, artım əsasən şəkər tozu, bitki yağları və süd məhsullarının qiymətlərindəki bahalaşma fonunda baş verib. Fevralda ərzaq qiymətləri indeksi yanvar ayına görə 1,6 faiz artaraq 127,1 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə isə qiymət artımı 8,2 faiz olub.

Buğda və qarğıdalı qiymətləri aylıq əsasda 0,7 faiz artıb, illik müqayisədə isə 1,1 faiz azalıb. FAO 2024-2025-ci illər üçün qlobal dənli bitki istehsalı proqnozunu 2 milyard 841,8 milyon tona, buğda istehsalı proqnozunu 792,2 milyon tona yüksəldilib.

Ay ərzində düyü qiymətləri 6,8 faiz azalıb. Palma, soya və günəbaxan yağlarının qiymətləri 2 faiz bahalaşıb, illik müqayisədə isə artım 29,1 faiz olub.
AzVision.az



Teqlər:





Xəbər lenti