Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkar edilib

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkar edilib
  08 Mart 2025    Oxunub:747
Polis əməkdaşları ötən gün ölkə ərazisində qumbara, tapança və avtomatlar aşkar ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 qumbara, 5 tüfəng, 19 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
AzVision.az



Teqlər:





Xəbər lenti