Restoran külə döndü - VİDEO

Restoran külə döndü    - VİDEO
  08 Mart 2025    Oxunub:793
Tovuz rayonunun Abulbəyli kəndində restoranda yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 946 kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100 kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi yanğından mühafizə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti