"Nar"dan xanım jurnalistlərə fərqli bayram təbriki

"Nar"dan xanım jurnalistlərə fərqli bayram təbriki
  08 Mart 2025    Oxunub:837
Fəaliyyətinin mərkəzində insanlar dayanan "Nar" bu dəfə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistləri bir araya toplayaraq, yenə öz xidmətləri ilə dəyər yaratdı.
"Nar" hər zaman medianın inkişafına töhfə verməyə, jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə önəm verib. Şirkətin budəfəki təşəbbüsü xanım jurnalistlərin bayramına xüsus yaradıcı rəng qatdı.

Belə ki, "Nar"ın dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında jurnalist xanımlar onlara özəl gil sənətkarlığı master-klassında iştirak ediblər. Onlar gildən bir-birindən fərqli nümunələr yaratmaqla asudə vaxtlarını sənətə həsr ediblər.

Yaradıcı mühitdə, "Nar" və "Yarat" əməkdaşlarının xüsusi diqqəti şəraitində gündəlik qayğılarından uzaqlaşaraq xoş bayram keçiriblər.

Mobil operatorun həyata keçirdiyi digər sosial layihələr haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

"Nar" hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. Son altı ildə Müştəri Loyallığı İndeksi üzrə ölkənin lider mobil operatoru olan "Nar" müştəriyönümlü strategiyasına sadiq qalaraq sərfəli qiymətlərlə üstün xidmət təqdim edir.

Qalereya




Teqlər:





Xəbər lenti