Macarıstanla enerji əməkdaşlığının inkişafı müzakirə edildi

Macarıstanla enerji əməkdaşlığının inkişafı müzakirə edildi
  11 Mart 2025    Oxunub:850
Azərbaycan və Macarıstan ikitərəfli enerji əməkdaşlığının prioritetlərini müzakirə edib.
AzVision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr Budapeştdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 10-cu iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşündə aparılıb.

Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər müzakirə edilib.

Enerji təchizatı ilə bağlı müasir reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin, Cənubi Qaz Dəhlizinin mühüm rolu vurğulanıb. Azərbaycandan Avropa ölkələrinə qaz tədarükünün perspektivi dəyərləndirilib, qaz ehtiyatlarının işlənilməsi və infrastrukturun genişləndirilməsinin mühümlüyü qeyd olunub. Enerji təchizatının diversifikasiya zərurətinin qazla bağlı məsələlərə rasional yanaşmanı tələb etdiyi bildirilib. Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərt Şurasının aprel ayında keçiriləcək növbəti iclasında təbii qaz və “yaşıl enerji” ilə bağlı müzakirələrdə fəal iştiraka dəvət edilib.

Söhbət zamanı, həmçinin Macarıstanın “MOL Group” və MVM şirkətləri ilə həyata keçirilən və planlaşdırılan layihələrə dair fikir mübadiləsi aparılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti