Türkiyə ABŞ-la hərbi təlimlərə qayıtdı

   Türkiyə ABŞ-la    hərbi təlimlərə    qayıtdı
  09 Mart 2025    Oxunub:913
9 ildən sonra ilk dəfə Türkiyə ABŞ-da keçirilən “Red Flag” (“Qırmızı bayraq”) hərbi təlimlərində iştirak etməyi qərara alıb. O, 73 nəfər şəxsi heyət və 5 ədəd “F-16” təyyarəsi ilə təlimlərə qatılacaq.
Dünyanın ən nüfuzlu hərbi təlimlərindən sayılan “Red Flag” martın 10-dan 21-nə kimi davam edəcək. Təlimlər Nevada ştatındakı Nellis hərbi aerodromunda keçiriləcək. Məşqlərdə müttəfiq ölkələrlə koordinasiyalı şəkildə rəqibin hərbi hava qüvvələrinə qarşı əməliyyatlar simulyasiya ediləcək.

Miqyası bütün dünyanı əhatə edən təlimlərdə “qırmızı” və “mavi” komandalar təşkil edilir. “Qırmızı”lar düşməni, “mavi”lər isə müttəfiq qüvvələri təmsil edir. Reallığa maksimum yaxın şərtlərdə keçirilən təlimlərində pilotlar yüksək ustalıq nümayiş etdirməli olurlar.

2016-cı ildə ölkələr arasında yaranan gərginliklər silsiləsindən (FETÖ qiyamı, “S-400” və “F-35” qalmaqalları) sonra Türkiyə bu təlimlərdə iştirakını dayandırmışdı.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Hərbi-təlim   F-16  





Xəbər lenti