Nazir: Ermənistanın silahlanması sülhün önünə ən böyük maneədir

      Nazir:    Ermənistanın silahlanması sülhün önünə ən böyük maneədir
  11 Mart 2025    Oxunub:837
İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsini minnətdarlıq hissi ilə vurğulayıram.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, 2024-cü ilin mayında Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməsi bu ölkənin sülh prosesinə verdiyi önəmin göstəricisidir.

“Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində böyük məsafənin qət edilməsinə baxmayaraq, Ermənistan konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneə olaraq qaldığını bir daha qeyd etmək istərdim”, - deyə nazir vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti