Bu ilin ilk iki ayında DSMF-in fəaliyyət istiqamətləri üzrə 94 min 570 vətəndaş müraciəti olub

Bu ilin ilk iki ayında DSMF-in fəaliyyət istiqamətləri üzrə 94 min 570 vətəndaş müraciəti olub
  11 Mart 2025    Oxunub:770
Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 94 min 570 vətəndaş müraciəti qeydə alınıb.
AzVision.az DSMF-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, müraciətlərdən 37 min 551-i pensiya, 22 min 445-i müavinət, 3 min 77-si Prezident təqaüdü, 20 min 613-ü ünvanlı dövlət sosial yardımı, 2 min 340-ı fərdi uçot və sosial sığorta, 360-ı dövlət icbari şəxsi sığorta və 8 min 184-ü isə digər məsələlərlə bağlı olub.

AzVision.az


Teqlər: DSMF   müraciət  





Xəbər lenti